adalet.az header logo
  • Bakı 6°C
16 Sentyabr 2021 14:58
1934
GÜNDƏM
A- A+

Ermənilərin qəsdən çirkləndirdiyi Oxçuçay: Problem BMT-nin masasında


44 günlük müharibədən sonra, Rəşadətli Ordumuzun doğma torpaqlarımızda erməni terrorunu məhv etdikdən sonra 30 ildir işğal edilmiş torpaqlarımızda  baş verən diğər terrorlarda üzə çıxıb.

Məsələn, mənbəyini Zəngəzur dağ silsiləsindən, əsasən Ermənistan ərazisindən götürən Oxçuçay erməni terroruna tuş gəlmiş təbii sərvətlərimizdən biridir. Maraqlıdır ki, amalları oğurluq olan bu toplum Oxçuçay çayının erməniləşdirərək Voxçi qoyublar. Zəngilan rayonu ərazisindən keçən, uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometr olan  bu çay Araz çayına tökülür. 


Adalet.az xəbər verir ki, bu ilin yazında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylarına nisbətən daha yüksəkdir. Çayda ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə, nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub.

 

 

Martın əvvəllərində çayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb. Həmin günlərdə çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi surətdə məhv olması aşkarlanıb. Bütün bunlar onu göstərir ki, mənfur düşmənin ekologiyamıza qarşı terroru bu gün də davam edir.


Oxçuçay problemi beynəlxalq qurumların masasında

 

 

Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun (Global Institute for Water, Environment and Health, GIWEH) təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb. Bu barədə Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun əməkdaşı Noah Curry çıxış edib.


Qurumun verdiyi bəyanatda deyilir ki, GIWEH bu addımla İnsan Hüquqları Şurasının və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən və Araz şayına tökülən Oxçuçayda yaranmış ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir. Qeyd edilib ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir və beynəlxalq birlik çirklənmənin qarşısının alınması və nəzarət edilməsi mexanizmini hazırlamalıdır.
GIWEH nəzərə çatdırıb ki, Rio bəyannaməsinin ikinci prinsipində “digər dövlətlərin və ya ərazilərin milli yurisdiksiyasının hüdudlarından kənarda ətraf mühitə zərər verməmək” şərti ilə sahilboyu dövlətlərin su ehtiyatlarından istifadəyə dair hüquq və vəzifələrə sahib olduqları ifadə edilib.

 


Qurum beynəlxalq birliyi “İnkişaf hüquqlarına və heç bir əhəmiyyətli zərər verməmək Öhdəliyinə” əsaslanan sabit və ədalətli qərarlar hazırlanmasına yardım etməyə çağırıb.

Qeyd edək ki, erməni terroru hələ də davam edir. Oxçuçaydakı çirkləndiricilər suyun töküldüyü Araz və Kür çayları vasitəsilə Xəzər dənizinə axır. Nəticədə Xəzər hövzəsindəki 5 ölkənin ekosistemində çirklənmələr baş verir ki, bu da təkcə Azərbyacanın yox, həmin 5 ölkənin birgə həll etməli olduğu məsələdir. Bu mövzuda Xəzəryanı ölkələrin Ermənistana təsir qüvvəsi böyük əhəmiyyət kəsb edə bilər

Əntiqə Rəşid