SON DƏQİQƏ:

"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib

  15206   |  
Şriftin ölçüsü  

"Karabakh is Azerbaijan!" Milli Platformasının müxtəlif ölkələr üzrə koordinatorları-nın onlayn konfransı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Adalet.az-a bildirilib ki, videokonfransda komitənin əməkdaşı, "Karabakh is Azerbaijan!" Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov, Platformanın Türkiyə, Kanada, Niderland, Polşa, Moldova və İtaliya üzrə koordinatorları, eləcə də “Azərbaycan Diaspor Könüllüləri”nin Platformaya cəlb olunmuş üzvləri iştirak ediblər.

Tədbirdə koordinatorlarla intensiv və çevik əlaqələrin yaradılması, mütəşəkkil və ardıcıl fəaliyyətin təşkili, digər ölkələrdə koordinatorların müəyyənləşdirilməsi və sair məsələlər müzakirə edilib.

Qeyd edək ki, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gənclərin yaratdıqları "Karabakh is Azerbaijan!" Milli Platformasının məqsədi Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması, dünyada yaşayan gənclərimizin bu istiqamətdə maarifləndirilməsi, onların Vətənimizin təbliğ olunması işinə mütəşəkkil şəkildə səfərbər edilməsidir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu istiqamətdə Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinə dəstək verilməsi məqsədilə "Karabakh is Azerbaijan!" Milli Platforması Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ Araşdırmalar Mərkəzi, Avropa Azərbaycanlıları Media Qrupu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə fəaliyyət göstərəcəkdir.

Platformanın tərkibində "Karabakh is Azerbaijan!" Youtube kanalı, "Facebook" səhifəsi və qrupları, "Twitter" profili, "İnstaqram" səhifəsi, "Telegram" və "Whatsapp" qrupları və s. yaradılıb. Yaxın zamanda bir neçə dildə fəaliyyət göstərəcək saytın təqdimatı da keçiriləcək.

Xatırladaq ki, qısa zamanda "Karabakh is Azerbaijan!" Youtube kanalında baxış sayı 20000-i ötüb ki, bu da yaşadığı yerdən asılı olmayaraq gənclərimizin ümummilli məsələlərdə birliyinin bir nümunəsidir. Bu kanalda gənclər türk, ingilis, rus, rumın, ispan və digər dillərdə hazırladıqları 27 video material yerləşdirib və işlər davam etdirilir.
"Facebook" qruplarında isə dünyanın 67 ölkəsində (Azərbaycan, Türkiyə, İsrail, Ukrayna, Kanada, ABŞ, Almaniya, Polşa, Rusiya, Gürcüstan, Avstraliya, Böyük Britaniya, Niderland, Norveç, Fransa, İsveç, Pakistan və sair) yaşayan 28 min sosial şəbəkə istifadəçisi cəmləşib. Qrup üzvləri ingilis, alman, fransız, rus və digər dillərdə Qarabağ həqiqətləri haqqında videolar hazırlayıb paylaşır. "Karabakh is Azerbaijan" facebook səhifəsində paylaşılan məlumatlar 100.000-dən artıq Facebook istifadəçisinə çatdırılıb.
Sosial media üzərindən isə ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar və şəhidlərimiz haqqında 3000-dən artıq (foto, video və s.) informasiya #KarabakhisAzerbaijan!, #Karabakh, #Stoparmenianaggression və s. həştəqlər ilə diqqətə çatdırılıb. Eyni zamanda, internet və sosial şəbəkə üzərində "Karabakh is Azerbaijan!" Milli Platforması çərçivəsində işlərin daha səmərəli təşkili məqsədilə müvafiq sorğu aparılıb.

Qeyd edək ki, "Karabakh is Azerbaijan!" Milli platformasının azərbaycanlı və xarici ölkə gənclərindən ibarət beynəlxalq bölməsi yaradılıb və bu istiqamətdə də təkmilləşdirmə işləri aparılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 31, 29, 27, 24, 22, 20, 17, 15, 13, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

MƏNİM DƏ ADIM MKRTÇ OLSA AĞLAYARAM 

Mirzə Cəlil  küçəylə gedərkən görür bir erməni  uşağı ağlayır. Ürəyi yanır, yaxınlaşıb  başını  sığallayır, soruşur:

- Adın nədi, a bala?

Uşaq deyir:

- Mkrtç.

Mirzə Cəlil:

- Ağla, bala, ağla. Mənim də adım  Mkrtç olsa ağlayaram.

 

ARXİV

TƏQVİM

FACEBOOK