SON DƏQİQƏ:

Bu necə payızdı - Kamala Abiyeva yazır

  87676   |  
Şriftin ölçüsü  

İllərdi belə payız yaşamadıq. Yaz havalı payız görmədik. İllərdi ağrıdan başqa havası olmadı bu torpağın. Çiçəklərin kədərdən başqa rəngi olmadı. Yüz illərdi. İllərin yayı, yazı, qışı, payızı bir-birinə qarışıb nə vaxtdı. Yüz illərdi yağış yağır bu yurda. Ürəklərimizə qar yağır, duyğularımız donur. İllərdi yaralıdı bu torpaq. Araz yanğılı, Göyçə ağrılıdı bu yurd. Sosial şəbəkədə görüntüləri paylaşılan Məbudu xatırlayıram. Məbud yaralıdı. Həkim yaralarını sarıyır. O isə oxuyur: Anadır arzulara hər zaman Qarabağ...

Hiss etdiklərim gözümün yaşına qarışır. Möhtəşəmlik də kövrəldir.

İllərdi ”Bir az bənövşə kimi kol dibində qalmışam. Bir az İrəvan kimi boynubükük olmuşam”. “İtən bir iz kimiyəm, axtarıb tapmaq olmur. Bir az Təbriz kimiyəm, gedirsən, çatmaq olmur”- nə vaxtdı. Bir də Xocalı kimi yanmaq var. “Danışan dil-dodağım tar - kaman Qarabağ”- Konservatoriyanın məzunu yaralı Məbudsa oxuyur. Dünyada belə gözəl yaralı yoxdu. Vətən yaralarını sarıyan Məbudun yaralarını sarıyan həkim ”oğulsan, halaldı sənə, öpdüm səni” deyib onu əzizləyir.

Nə vaxtdı ürəyi kimi yolları da çat- çat olan bu Vətən torpağı üçün oxuyur. Səsindəki inam qürur yaşadır.

İllər ümidsizlikdən asılmışdı sadəcə. İnamım yoxdu. “Niyə”si yüz illərdən gələn cavabsızlıqdı. Bu cavab uğruna nə qədər şəhid verib bu torpaq. Şəhidlərim bu torpağa canından can verib-Vətəni yaşadıb.Yaralarına qanını məlhəm edə-edə yaşadıb.

İllərdi ruhları narahat Şəhidlərim sevindi yəqin. Rahatlıq tapdılar. Qürur dolu ağrılı göz yaşları ilə yola saldığımız şəhidlərimizə sarıldılar. Elə bilirəm hamısı gülümsəyir. Yenidən doğulur. Siz Vətən qarşısında borcunuzdan çıxdınız. Biz isə nəsil – nəsil sizə borclu qalacayıq. İgidlərim! Müzəffərlərim! Bu torpağı Vətən sevinci yaşadanlarım. Tariximə zəfər tarixi yazanlarım.

Nə desək azdı. Nə etsək azdı. Sözə, gözə, ürəyə sığmayanlarım. Vətənin azad etmək üçün canını qurban edənlərim. Vətən görsün deyə gözlərini verənlərim. Bu gecə də sizi düşünürdüm hər kəs kimi.Vətənin ayaqlarını sağaltmaq üçün ayaqlarını verən polad kimi Poladları, qollarına qolunu fəda edən Sahilləri , ürəyinin qəlpələrini ürəyinə yığan Elçinləri, əsir Bayramları, Aminləri, itginləri... Bunu yaşamaq ağırdır. Çox ağırdır. Ürək istər, baş istər. Bütün bunları yaşamaq mümkünsüz... Bu ağrının içində bir həqiqətə sığınırsan: ”Qarabağ Azərbaycandır”.

Qəfil yağan yağışın səsi gəldi. Yağış da oxuyurdu elə bil Məbud kimi: Qarabağ can Qarabağ, Qarabağ...Qarabağ...”

Bu səslər qarışığında bu gün hamımızın özlədiyi səsi eşidirdim: Qarabağ Azərbaycandır və Nida!”

İllərlə həsrət qaldığımız qələbə yazan Ali Baş Komandan. Cənab prezidentimimiz İlham Əliyev! O qalxan yumruğunuz bizə yumruq olmağın böyüklüyünü yaşatdı və yaşadır. O qədər paralanıb, o qədər yaralanıb ki, bu torpaq – Azərbaycan dediyimiz bu Vətən. Tarixin illər səhifələrində elə acılar var ki!.. Amma bu gün hər dəfə “Yaşasın Azərbaycan Ordusu” dediyiniz igidlərlə yazdığınız səhifələr olmayıb. Bizə möcüzə yaşatdınız. Qürur yaşatdınız.

İrəvan dərdli ürəyimizdə Təbriz, Sulduz, Ərdəbil yanğılı “Biz verdik Şuşanı, Ağdamı,.. Biz verdik Qarabağı” günahı vardı. Həmişə məğlub kimi görünmək acısı, utancı yaşamaq yaşamaq deyil ki...

Nə qədər torpaq itirmişik biz. Ali Baş Komandanımız! Möcüzə yaratdınız. Tariximizdə olmayan möcüzə.Ölən inama can verdiniz. Qalibiyyət səhifələri yazdınız.

Heç belə payız yaşamadıq. Yaz havalı, Qələbə ətirli payız.

Hər qarışla, hər kəndlə yenidən doğulur şəhidlərimiz.

Hər şəhidlə bütövləşir Azərbaycan.

Nə deyim? İnanmırdım. Bu günləri görəcəyimə inanmırdım. O qara siyahi qara günümə dönmüşdü. Daha şagird gündəliklərində o qara tarixlər olmayacaq. Zəfər, necə möhtəşəmsən!

Bayram günlərimiz var indi – həsrət qaldığımız qələbə günləri!

Dünyanın ən gözəl şəhidinin nurlu simasından Vətənə nur səpilir. İllər boyu hər daşda, hər qarışda, güldə, hər ürəkdə səslənəcək Xudayarın “Şair, sorma nədən Vətən yaxşıdı” səsinə qarışırdı

dünyanın ən gözəl yaralısının səsi: Ana yurdum, ana yurdum, ana yurdum...

Ana yurdum - Azərbaycan! İlahi, necə gözəldi belə demək. Necə gözəldi!. Xoşbəxtliyin necə olduğunu bildim. Xoşbəxtliyi gördüm. Demə belə olurmuş. İlahi nə gözəldi Vətəni bütöv olmaq, ona can vermək, Onu bütöv sevmək. Bayraq olub Xankəndində dalğalanmaq istəyirəm. Hayqırmaq, pıçıldamaq istəyirəm:

Sən uğruna öləcəyim, sən uğruna yaşadığım varlığımsan,

Ana Vətən! Səni bütöv sevirəm mən. İlk sevgilim deyilsən sən, SON SEVGİMSƏN!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK