adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Yanvar 2021 09:10
16077
DÜNYA
A- A+

Yaponiya nüvə silahının qadağan olunması sazişinə qoşulmayacaq

Yaponiya nüvə silahının qadağan olunması haqqında sazişə qoşulmayacaq.

“RİA Novosti”nin məlumatına görə, bunu Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib.

“Bizim bu sazişi imzalamaq fikrimiz yoxdur”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, ölkəsi üçün daha uyğun variant nüvə silahının azaldılması yolu ilə getməkdir.

Qeyd edək ki, nüvə silahının qadağan olunması haqqında saziş 50 ölkə tərəfindən imzalanıb. Nüvə klubunun üzvü olan ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin hələ 2018-ci ildə bu müqaviləni imzalamayacaqlarını bildirib.