adalet.az header logo
  • Bakı 20°C
23 Yanvar 2021 09:42
17973
DÜNYA
A- A+

Yeddi ay komada yatdıqdan sonra ayılan kimi qətldə ittiham olundu

Sidneydə yaşayan çinli tələbə 7 ay komada yatdıqdan sonra ayılıb və qətl cinayətində ittiham olunduğunu öyrənib.

“ABC News” xəbər verir ki, 21 yaşlı Veytsze He və onun 19 yaşlı rəfiqəsi Liçyun Pan Avstraliyada təhsil almaq üçün 2019-cu ildə bu ölkəyə gəliblər. 2020-ci ilin iyun ayında isə faciə baş verib. He yaşadığı 4-cü mərtəbədəki mənzilin eyvanından yıxılaraq ağır kələ-beyin zədəsi alıb. Növbəti gün mənzildə onun rəfiqəsinin cəsədi tapılıb.

İlkin ehtimallara əsasən, gənc əvvəlcə rəfiqəsini öldürüb, sonra da özünü eyvandan atıb. Komadan ayılan kimi ona qarşı ittiham irəli sürülüb və He həbs edilib. Çinli girov ödəyərək azadlığa çıxıb.

Hazırda istintaq davam edir.