adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Aprel 2021 12:45
29012
ELM VƏ TƏHSİL
A- A+

UNEC-də texniki və texnoloji ixtisasların tədrisində beynəlxalq təcrübə tətbiq olunur

UNEC-də texniki və texnoloji ixtisaslar üzrə Türkiyə və İsveçrənin aparıcı universitetlərinin peşəkar mütəxəssisləri tərəfindən onlayn təlimlər keçirilib.

UNEC-in 200-ə yaxın müəlliminin qatıldığı təlimlər “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Material mühəndisliyi”, “Qida mühəndisliyi”, “Mühəndis mexanikası” ixtisaslarına giriş, “Proqramlaşdırmanın əsasları 1 və 2”, “İnformasiya texnologiyalarının əsasları” və “Hidrologiya” fənləri üzrə təşkil olunub.

Təlimlərin məqsədi texniki və texnoloji ixtisasların tədrisində beynəlxalq təcrübəni öyrənmək, müəllimlərin bu sahədə bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub. Təlim zamanı iştirakçılar Yıldız Texniki Universitetinin tədris materialları, dərslik, təqdimat və testləri ilə də təmin olunublar.

2 ay davam edən təlimlərin sonunda Yıldız Teknik Universitetinin təlimçiləri tərəfindən iştirakçıların biliklərinin attestasiyası aparılıb. Attestasiyadan uğurla keçən müəllimlər Yıldız Teknik Universitetinin sertifikatını qazanıblar.