adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Aprel 2021 12:29
22810
MƏMLƏKƏT
A- A+

Fazil Mustafa: İftar məclislərinin keçirilməsi yoluxma riskini artırır 

"Bu ilki Ramazan günlərində iftar məclislərinin yolverilməzliyi vacibdir. Bütün hallarda bu məclislər yoluxma riski yaradırsa, hər kəs bunu öz evində keçirsin. İftarı evində açsın".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, o da öz ibadətini yerinə yetirən bir insan kimi iftar məclisi yerinə hər gün bir və ya bir neçə ailənin ərzağını alıb göndərməyi düşünür:

"Ona görə ki, evdə iftar süfrəsi açsınlar. Amma ayrıca iftar süfrəsi açmaq fikrində deyiləm. Çünki qaydalara əməl etmək hamının borcudur. Ona görə ki, indiki məqamda iftar süfrələri açıb insanları dəvət etmək yoluxma riskini artıra bilər. Üstəlik, pandemiyanın üçüncü dalğası ciddi şəkildə yayılır və xəstələrin sayı çoxalıb. Ona görə də mütləq buna əməl etmək lazımdır. Allah qismət etsə, oruc tutsaq, buna ciddi şəkildə əməl etməliyik. İmmunitet də orucluq ayında əvvəlki dövrlə müqayisədə zəifləyir. Ona görə də 5-6 nəfərlə birgə iftar açmaq yoluxma riskini artıra bilər".