SON DƏQİQƏ:

DÜNYANIN ƏN KİÇİK KOMASI - Şahnaz Şahin yazır

  66151   |  
Şriftin ölçüsü  

Esse

   Bu, haçansa çiy kərpicdən tikilmiş, indi artıq fiziki ömrünü başa vurmaqda olan balaca və darısqal koma onun “evi”dir, burda o, öz uşağı ilə bərabər yaşayır, əlbəttə əgər buna yaşamaq deyə biləriksə...Yağış yağanda su qapıdan içəri axır. Yadıma həvəslə oxuduğum, zənci qəhrəmanın həyatından bəhs edən “Tom dayının daxması” əsəri düşür... Valideynləri çoxdan dünyasını dəyişib. Əri yoxdu, heç bilmirəm bu uşağın atasını ər adlandırmaq olarmı?.. O kəndə işləməyə gəlmişdi, sonra bu qadınla eləcə elçiliksiz- filansız, ağsaqqal və qarasaqqalsız evləndi, sonra da iş vaxtı başa çatanda onları tanrının ümidinə qoyub çıxıb getdi. Vəssalam, ondan indi bu oğlan qalıb anasına hayan.

    Eh, qadınlar, qadınlar...Siz həyatda ən yaxşı şeylərə layiqsiniz, amma bəzən əliniz yetmir, gücünüz çatmır buna. Gördüyünüz insanı tez ilahiləşdirmək, içinizdə bir heykəl yonmaq, özünüzdən ucada tutmaq kimi bir vərdişiniz sizi aldanışa sürükləyir. İnam yaxşı hissdir, gərəklidir, kaş ondan sui-istifadə edənlər olmasın. Tez alışır, tez yanırsınız, tez kövrəlir, tez ovunursunuz. Belə vaxtda içi xıltla dolu birisi də başınıza sığal çəksə başınızı sinəsinə söykəyib ürəyinizi boşalda bilərsiniz. Siz güclüsünüz, amma bunu hiss etmirsiniz. Təkliyi daşımaq sizin üçün çətindir, sizin daim yanaşı addımlaya biləcəyiniz bir kişiyə ehtiyacınız var. Bu cinsəl hissdən daha mükəmməl bir duyğudur, daha vacib şərtidir qoşa həyatın. Amma gəlin etiraf edək ki, bəzən elə bu ehtiyac səhv anlaşılır və sizi uçuruma aparır. Aldanırsınız..

 

...Ömrünün, gününün bu qərib vaxtı,

Gəlib qapısını döyəni yoxdu.

Ürəyinə girib, qəlbindən baxıb,

Bircə “can” söyləyib biləni yoxdu-

Cəhənnəm odundan keçir bu qadın...

       İndi də xəstədir, tez-tez müalicə olunmağa ehtiyacı olur. Yerdən Tanrıyacan bir övladından özgə kimsəsi yoxdu, o da ki, hələ çox uşaqdır. Məktəbə geyməyə paltarı, ayaqqabısı çatışmır, yaxşı ki, koronavirus pandemiyası ilə əlaqədar məktəblər bağlanır, dərslər imkan daxilində online keçilir. Yoxsa yemək dərdinin üstünə geymək dərdi də əlavə olunardı...

    O gün xəbər tutdum ki, o koma da uçub, dərdinin üstünə bir dərd də gəlib... Xəstə olduğuna görə iş qabiliyyəti də çatışmır, maddi çətinliklərilə bağlı tez-tez əlaqədar təşkilatlara üz tutur, amma həmişə eyni cavabı verib yola salırlar. Gedə bilməyəndə zəng edir, amma kimdi onun zənginə cavab verən!..

      Mövlana söyləyirdi ki, əgər yer üzündə bir insan belə üşüyürsə, sən isinmə haqqına sahib deyilsən.Bəs əgər acdırsa!? Məncə burda “üşümək” ümumi məna daşıyır, deməli vəziyyət eynidir... Mənə zəng edir, açıram, heç olmasa sözlə də olsa ümid verməyə çalışıram, arada maddi köməklik göstərir, imkan daxilində ərzaq səbəti də göndərirəm. Amma bu bəs eləmir, ataların müdrikcəsinə söylədiyi sözlər necə də yerinə düşür: “Qonşu payı ilə qarın doymaz.” Mən də  başqa hal əhli olan dost-tanışlarla da əlaqə yaradıb bir çarə axtarıram... Axtaran tapar deyiblər və ya tapan elə axtaranlardır...

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK