SON DƏQİQƏ:

Co Baydenə hüquq dərsi! - Uğur Dündar yazdı

  58790   |  
Şriftin ölçüsü  

Dəyərli oxucularım, Türkiyə neçə gündür ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini və Türkiyə prezidenti Ərdoğanın ona dediklərinin kifayətsizliyini danışır.

Türkiyənin Amerikaya bu boyda yalandan sonra necə cavab verməsi müzakirə olunur.

Miqrasiya mütəxəssisi, hörmətli politoloq Prof. Dr. Hakkı Keskinə görə, Türkiyənin cavabı belə olmalıdır:

 

★★★

Şimali Amerikanı Avropadan köç yolu ilə işğal edən ulu babalarınız, yerli xalq olan 12 milyondan artıq qızıldərilini qətl etdilər. Bax, tarixə yazılan ilk həqiqi soyqırım budur.

XVI yüzillikdən başlayaraq XIX yüzilliyin ortalarına qədər Afrikadan, vətənlərindən qoparılan 15 milyon zənci kölələşdirilərək Amerika qitəsinə gətirildi. Afrikadan gəmilərə doldurulub gətirilən zənci sayının 35 milyondan çox olduğu və bunların yarıdan çoxunun yolda həyatlarını itirdiyi bilinir. ABŞ tarixdə bənzəri olmayan belə bir kölə ticarətinə, qətliamına və soyqırım keçmişinə sahib ölkədir.

 

★★★

ABŞ 6 avqust 1945-ci ildə Xirosima və Naqasakiyə atdığı atom bombaları ilə 350 min insanın ölümünə və on minlərlə insanın fiziki qüsurlu olmasına səbəb oldu.

Koreya xalqı ABŞ-a heç bir hücum etmədiyi halda 1950-1953-cü illərdə Koreyaya qarşı başlatdığınız müharibədə ən azı 4 milyon koreyalı qətl edildi. Bax, budur həqiqi soyqırım!

★★★

Yenə heç bir səbəb olmadan 1969-1975-ci illər arası Vyetnam xalqına qarşı II Dünya Müharibəsində istifadə olunan bombalardan daha artığını ataraq ən azı 5 milyon vyetnamlını barbarcasına qətl etdiniz. Bax, əsl soyqırım budur!

ABŞ Qvatemalada 1950-ci ildə etdiyi çevrilişlə 200 mindən çox qvatemalalını qətlə yetirdi.

İndoneziyanın milli müstəqilliyinin lideri Əhməd Sukarno 1965-ci ildə ABŞ-ın dəstəklədiyi hərbi çevrilişlə kürsüdən düşürüldü. Sayları 500 mini keçən çevriliş əleyhdarı qətlə yetirildi. “New York Times”a görə bu hücumlar modern tarixin ən vəhşi kütləvi qətliamlarından biri idi.

★★★

 

İranda 1951-ci ildə xalqın azad iradəsi ilə seçilərək İranın baş naziri olan Məhəmməd Müsəddiq neft mənbələrini milliləşdirdiyi üçün ABŞ-ın dəstəklədiyi bir çevrilişlə kürsüdən endirildi və on minlərlə iranlı öldürüldü.

1960-cı ildə CİA Konqonun ilk müstəqil prezidenti olan, solçu və müstəmləkə əleyhdarı olan lider Patris Lumumbanı öldürdü. ABŞ yeraltı sərvətlərinin hesabına varlı ölkə olan Konqodakı bu çevrilişdə 3 milyon insanın ölümünə cavabdehdir.

Sosialist olan Salvador Allende 1970-ci ildə xalqın azad iradəsi və demokratik şərtlərlə keçirilən seçkilərdə qalib gəldi və prezident oldu. Allende ABŞ şirkətlərinin əlində olan mis mədənlərini və industriyasını milliləşdirdi. 11 sentyabr 1973-cü ildə CİA-nın dəstəklədiyi ordu idarəçiliyi ələ keçirtdi. ABŞ tərəfindən təşkil olunmuş bu çevriliçdə on minlərlə müxalif və Allende tərəfdarı öldürüldü.

★★★

ABŞ 2003-cü ilin martında İraqın bir çox ölkənin təhlükəsizliyini təhdid edən kütləvi qırğın silahlarına sahib olduğu iddiası ilə bu ölkəyə ikinci dəfə müharibə elan etdi. Bu müharibədə 1 milyondan çox insan həyatını itirdi, 2 milyon insan ölkəni tərk etdi və 3 milyon iraqlı da başqa bölgələrə köç etmək məcburiyyətində qaldı. Daha sonra CIA tərəfindən edilən qiymətləndirmədə İraqda müharibənin səbəbi olaraq göstərilən kütləvi qırğın silahlarının olmadığı ortaya çıxdı!

2011-ci ildə “ərəb baharı” adı altında Suriyanın prezidenti Əsəd idarəçiliyinə qarşı başladılan etirazlar ABŞ tərəfindən xüsusilə kürdlərə və radikal islamçı qruplarına verilən dəstəklə get-gedə vətəndaş müharibəsinə çevrildi. 3,6 milyonu Türkiyəyə köçənlər olmaqla 5 milyon yarımdan çox suriyalı ölkəsini tərk etmək məcburiyyətində qaldı. 6 milyon yarı suriyalı ev-eşiyini qoyub ölkənin başqa yerlərinə qaçdı. 500 mindən çox suriyalı həyatını itirdi, on minlərlə insan yaralandı.

★★★

ABŞ Afrika Komandanlığı 19 mart 2011-ci ildə Liviya lideri Muəmmər Qəddafiyə heç bir haqlı səbəb olmadan müharibə elan etdi. Qəddafi barbarcasına linç edildi, yüzlərlə tərəfdarı qətlə yetirildi.

★★★

 

Sadaladığım misallarda da görünür ki, ABŞ tərəfindən 1945-dən sonar əllidən çox ölkədə heç bir haqlı səbəb olmadan başladılan müharibələr və çevrilişlərdə on milyonlarla insan qətl edildi. Çoxusu ABŞ-dan on min kilometrdən çox uzaqda yerləşən bu ölkələrdən heç biri ABŞ-a müharibə elan etməmiş və ABŞ-ı təhdid etməmişdi. Tarixi soyqırımlarla dolu olan ABŞ-ın Türkiyəyə və ya başqa bir ölkərə “soyqırım” böhtanı atmamışdan əvvəl yuxarıdakı əsl soyqırımları qəbul etməyi gərəkdir.

★★★

Sözdə “soyqırım” iddiasının hüquqi tərəfinə gəlincə:

I Dünya Müharibəsini uduzan Osmanlı dövlətində işğalçı ölkələr olaraq bütün gücü əllərində cəm edən İngiltərə və Fransa 3 yanvar 1919-cu ildən 10 avqust 1921-ci ilə qədər 970 gün erməni qətliamı iddialarını araşdırdılar. Bu səbəblə məsul hesab etdikləri İttifaq və Tərəqqi Komitəsinin səlahiyyətli şəxsləri mühakimə olunmaq üçün 147 nəfəri Malta Adasına apardılar. İngiltərə Müdafiə Nazirliyi, İngiltərə Xarici İşlər Nazirliyi, İngiltərə Ali Komissarı, İngiltərə səfirliyi və hətta İngiltərə Parlamenti məhkumları məhkəmə qərarı ilə cəzalandırmaq istədi.

Böyük bir səylə həyata keçirilən istintaqın sonunda Kraliyyət Baş Prokurorluğu “əldəki sənəd və məlumatların ittihamlar üçün hüquq məhkəməsində sübut gücünün olmadığına, dolayısı ilə heç kimin bir hüquq məhkəməsi qarşısında cəzalandırılmasının mümkün olmayacağına” qərar verdi. Maltaya aparılan bütün saxlanılanlar Türkiyə geri gətirilərək sərbəst buraxıldılar.

★★★

İngiltərə Kraliyyə Baş prokurorluğu tərəfindən aparılan bu istintaq, ittiham edilmə və qərar işğal gücünə malik olan bir məhkəmə tərəfindən verilmiş və 1915 köç hadisələrinin bir soyqırım olmadığı yönündə son dərəcə vacib bir qərardır.

Bilindiyi kimi soyqırım iddiaları ilə bağlı qərarlar siyasilər tərəfindən deyil, sadəcə mühakimə orqanları tərəfindən verilə bilər. Bu mövzuda da beləcə qərar verilmişdir.

 

Dilimizə uyğunlaşdıran: Eminquey

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK