SON DƏQİQƏ:

Görmədiyim  şəhər İradə  TUNCAY yazır

  36942   |  
Şriftin ölçüsü  

Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora... Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram - başlayan kimi ağrıkəsici dərmanla qorunuram.

Səhər ayıldım, hazırlaşmağa başladım. 40 ili qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərini, ya da keçməyənlərini xatırlamaq... Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən.

Körpənin birini qucağıma götürüb,o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da.

Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərini də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə... Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq... Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim.

Əslində bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar...

Olanı sevməyə nə var ki? Olmayanı nə edək??? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir... Ağ damır gözlərə ağrı çoxalanda...

16 may 2021-ci il 

Ağdam

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK