adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Iyun 2021 10:49
37986
ƏDƏBİYYAT
A- A+

Vasif Zöhraboğlu: Tanrım, sən ki dar ağacı deyilsən...

Bir itin zingiltisi boyda daş tapmazsan,
Daş tapmazsan bu küçüyü qovmağa.
Baxıb gülər çölündəki adamlar,
Baxıb gülər içindəki axmağa.

Fikrin gəzər küçə boyu qorxudan,
İzin düşər səkilərin üstünə.
Heç darıxma üç gələrəm beş edər,
Sən aldığın ikilərin üstünə.

İndi apteklər də öz evimdən doğmadı,
Mən bu ömrü ağrılara uduzdum.
Bundan belə daha səni unutmaq,
Baş ağrısı dərmanından ucuzdu.
Yaşa belə, qat başını, gün keçir,

İndi mənim bir günüm də həftədir.
Daha mənim içimdəki ağrılar,
Çölümdəki arzulara nöqtədir.
Bundan belə bir qadının sevgisi,

Əllərinin salam yeri deyiləm. 
Nə yaxşı ki, içimdəki adama,
Nə yaxşı ki, edam yeri deyiləm.
Tanrım, sən ki dar ağacı deyilsən...