adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 12:32
903
ELM VƏ TƏHSİL
A- A+

Məktəblərin açılmasına sevinən valideynlər - SORĞU

Məlum olduğu kimi bu gündən ibtidai siniflər ənənəvi tədrisə başlayır. 29 sentybardan isə yuxarı siniflər və tələbələr ənənəvi tədrisə başlayacaqlar. Bu münasibətlə valideynlərin mövqelərini öyrəndik.

Faiq Qismətoğlu: “Bu il mənimçün ikiqat sevindiricidir. Çünki böyük nəvəm Sədaqət ADPU-nun Bilologiya fakültəsinə qəbul olundu. Çox qəribə hadisənin şahidi olmuşam. Sədaqət imtahandan öncə universitetin qarşısında şəkil çəkdirib. Biz ona deyirdik ki, sənədlərini ya Tibb Universitetinə, ya da BDU-ya versin. O, tamamilə ixtisas seçimində öz ürəyinin səsini eşidib ADPU-nu seçdi. Dedi ki, dədə, mənim şəxsi həyatıma müdaxilə eləməyin. Mən həkim olmaq istəmirəm. Seçimimə hörmətlə yanaşın. Biz də onun seçiminə hörmətlə yanaşdıq və nəvəm tələbə oldu. İndi elə sevinir ki, sentyabrın 29-nu çox böyük səbirsizliklə gözləyir. Deyir, qorxurdum biz də o biri tələbələr kimi distant təhsil alaq. Amma şükürlər olsun ki, təhsil naziri Emin Əmrullayev ənənəvi tədrisin keçirilməsinə imza atdı. Başqa bir nəvəm Tunar isə Füzuli rayonunun Horadiz şəhəri 1 nömrəli tam orta məktbinin 8-ci sinfində oxuyur. O da dərs gününün açılacağını çox böyük səbrsizliklə gözləyir. Deyir ki, dərs açılanda həm müəllimlərimlə görüşəcəm, həm də dostlarımla. Bir sözlə, mənim tələbə və şagird nəvəmin sevinclərinin həddi-hüdudu yoxdur. Elə mən də sevinirəm ki, nəvələrim nə yaxşı ənənəvi təhsilə başlayacaqlar. Çox mübarək!”

Məmməd İsrafilov:  “Düşünürəm ki, onlayn təhsil ənənəvi təhsili heç vaxt əvəz edə bilməz. Çünki şagirdin canlı olaraq müəllimlə ünsiyyət qurması onlayn ünsiyyətdən tamamilə fərqlidir. Bununla yanaşı şagirdin şagird yoldaşlarıyla münasibət qurması onun formalaşmasında əsas faktorlardan biridir. Evdə olarkən şagirddə istər-istəməz arxayınlıq yaranır. Məktəb ab-havası tamamilə fərqlidir. Bu gün çox sevindiricidir ki, nəhayət karantin səbəbindən təhsilimizə tətbiq edilən onlayn sistem dayandı. Düşünürəm ki, əksər valideynlər mənim fikrimlə şərikdir.”

Qurban Ələsgərov: “Yoldaşımla özüm çalışdığımızdan uşaqları kiməsə tapşırmağa və.s məsələlərdə çətinlik çəkirdik. Ənənəvi təhsilin bərpa olunması bu narahatlığımızı aradan qaldırdı. Eyni zamanda distant təhsilin bu qədər uzun çəkməsi şagirdləri də narahat edirdi. Öz sinif yoldaşlarını görmək, məktəbində olmaq üçün darıxırdılar. Bir növ həm biz valideynlər, həm də şagirdlər sevinmiş oldu.”

Emin