adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Sentyabr 2021 20:59
584
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 462 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 542, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 920 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 106 885, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 652 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 454 764 təşkil edir.