SON DƏQİQƏ:

Tramp bütün həqiqətləri danışacaq

  452   |  
Şriftin ölçüsü  

ABŞ -ın eks prezidenti Donald Tramp sosial şəbəkələrdə özünün  "Pravda" adlı saytını açmağa hazırlaşır.  KİV -lər tanınmış sovet qəzetinin adı altında açılacaq saytı gülüşlə qarşılayıb. Amma Ağ Evin keçmiş sahibi qətiyyətlə inanır ki, bu hazırki prezidentin komandası ilə  mübarizədə ona kömək olacaq. Nəzərə alınmalıdır ki, hazırda Trampın nüfuzu Co Baydenin nüfuzunu qabaqlayır və epataj siyasətçi diqqətləri özünə çevirməyin yollarını yaxşı bilir.
 

"Biz "Talibanın" Twitter səhifələrində böyük təsirini müşahidə edirik. Onlar sizin sevimli prezidentinizi susmağa məcbur edirlər. Buna yol vermək olmaz"- deyə Tramp aydınlıq gətirib. O, istəyir ki, onun şəbəkəsi, onunla yola getməyən liberalların KİV-ləri ilə rəqabət aparsın. Liberallar Trampı qalmaqallı marginal kimi təqdim edirdilər. Onun Ağ Evə gəlişindən sonra da vəziyyət dəyişmədi. Dövlət başçısını tənqid edən jurnalistlər brifinqlərə buraxılmırdı. Tramp onları feyk-nyus yaymaqda günahlandıraraq, "amerikan xalqının düşmənləri" adlandırırdı.
 

Tramp konservativ Fox News telekanalı istisna təşkil edirdi. Qalan KİV -ləri isə o, loyal sayırdı. Seçiciləri ilə sosial şəbəkələr vasitəsi ilə birbaşa canlı yayımlar vasitəsi ilə əlaqə yaradırdı. Twitter-də onun 88 milyon, Facebook-da 35 miyona yaxın, İnstaqrqm-da isə 25 milyona yaxın abunəçisi var idi.
 

Lakin Kapitoliyaya hücumdan sonra İT hegemonları onun akkauntlarını blokladı. "Onların bu hərəkəti utancdır, olkəmizə baş alçaqlığı gətirir"- deyə Tramp məsələlərə reaksiya verirdi. 

  Eks örezidentin, eks məsləhətçisi Ceyson Miller, Trampın nailliyyət qazanacağına əmindir: "İndi Facebook və Twitter öz bazarlarının bir hissəsini itirəcəklər".
 

İnternetdə bu məsələyə memlərlə reaksiyalar verilir. Amerikan seqmentində Trampı əlində rusiyanın "Pravda" qəzeti, Buratinonun uzun burnu şəkilində paylaşırlar. Rus rəssamı Valentin Serovun məhşur əsərinə bənzər, amerikalının Lenin obrazında əlində "Правда" qəzeti, sovet hakimiyyətinin qurulmasını elan edir, formasında yayımlayırlar.
 

Ağ evin keçmiş rəhbəri isə, bunlara əhəmiyyət vermir və bsşlayacağı işə ciddi hazırlaşır.
  
 Rüstəm Hacıyev

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK