SON DƏQİQƏ:

Qrant Melik-Şahnazaryan "müharibənin nəticələri ilə  barışmırıq" -deyirsə,  Azərbaycan Ordusu növbəti dəfə "barışdırar"

  645   |  
Şriftin ölçüsü  

Qafan meri Gevork Parsyanın Ağdağ dağının Azərbaycanın nəzarətinə keçməsiylə bağlı “" vay- şivən”I  Ermənistanda böyük ajiotaja səbəb olmuşdu. “Bu ərazi vacib yüksəklikdir, bizim üçün strateji əhəmiyyətli məntəqədir. İndi rusların olmaması sayəsində bu məntəqə azərbaycanlıların tam nəzarətinə keçib.” söyləməsi digər erməni siyasətçilərini də hərəkətə keçirmişdi.
"Hayastan” blokundan olan deputat Vaqe Akopyan dərdli-kədərli açıqlaması erməni ictimaiyyətinin içərisinə “od salıb”. Onun :” Güman ki, Şikaox dövlət qoruğunun qarşısında yerləşən müdafiə mövqeyimizi itirəcəyik” deməsi öz xalqına Ağdağ (Pela) şokundan sonra ikinci şok oldu.
 
Bu gün isə erməni politoloq Qrant Melik-Şahnazaryan haray çəkərək öz xalqına “dəhşətli açıqlamalar edib.
Adalet.az xəbər verir ki, politoloq iddia edib ki,   ekspert və mütəxəssislər Azərbaycanın daha geniş hədəfləri  var  bütün bu hədəflər  çəkinmədən xalqa çatdırmalıdır.

 


Erməni ekspertin sözlərinə görə, Azərbaycan uzunvədəli layihələr icra etdiyi üçün Zəngəzur (Sünik) məsələsinə ayrı problem kimi yanaşmaq doğru olmazdı:“Azərbaycan hərbi qüvvələri Göyçə mahalında (Geqarqunik) elə mövqelərə nəzarət edirlər ki, oradan bir və ya bir neçə saat ərzində Səlim aşırımına keçib Zəngəzurla (Sünik) Ermənistanın əlaqəsini kəsə bilərlər. Bu, həqiqətən də böyük problemdir”.
O, erməni xalqının müharibənin nəticələri ilə “barışmadığını” da hər yerdə dilə gətirmək lazım olduğunu da ifadə  edib.


P.S. Ay separatçı, ay o uzun burnundan uzağı görməyən millət! Müharibənin nəticələri ilə “barışmayıb nə edəcəksiniz? 30 il at oynadıb, sərvətlərini çapıb- taladığınız Qarabağın 75 faizi Azərbaycan dövlətinin nəzarətindədir, Ordunuzun  texnika, silah-sursat, canlı qüvvə sarıdan beli qırılıb.  Bir ildir, özünüzü toparlaya bilmirsiniz, “revanş”deyib özünüzü parçalasanızda, çaqqal tələsi qurub, qəflətən hücum etməklə heç nə qazana bilmədiyinizin fərqindəsiniz! Özünüzə bənzər murdar niyyətli himayəçilərinizin dilənçi payı- yardımları ilə ayaqda qalırsınız,  Ermənilərin böyük hissəsi, nəinki Qarabağda qalmaq, hətta Ermənistanda qalmaqdan imtina edib xaricə üz tuturlar. İqtisadiyyatınız, maddi təminatınız, inkişaf kodeksiniz sıfırın yanında ləngər vurur. Müharibənin  nəticələri ilə barışmayıb, nə qələt edəcəksiniz? Bəlkə, Azərbaycanı bu xam xəyallarla qızışdırıb Zəngəzuru, Göyçəni də əlinizdən çıxarasınız? 
Di haydı, barışmayın görək, nə olur?  


 Əntiqə Rəşid
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK