SON DƏQİQƏ:

Müharibə ehtimalı gerçəkləşir: Düşmən "münaqişə bitməyib" deyib Şuşa ətrafına ağır texnikalar yığarsa... 

  1428   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin”  müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər:”Biz də hazırıq.İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda. Biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik”.”


 Bəli bəzi prosesləri yenidən və diqqətlə nəzərdən keçirəndə Ali Baş Komandanın haqlı olduğu ortaya çıxır.

Adalet.az xəbər verir ki, Türkiyə və Azərbaycan ordusunun intensivləşən təlimləri, hazırlıqlı vəziyyəti bəzi dövlət başçılarının  ürəyindən olmadığı bəllidir. 
Azərbaycan ordusunun yeni silah-sursatla növbəti dəfə təminatı da analitiklərin gözündən yayınmır. Hələ bu ilin fevral ayında Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində belə bir fikir söyləmişdi: "Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Azərbaycan öz ordusunu "bundan sonra da gücləndirəcək"
 Artıq avqust ayında İsrailin nüfuzlu "İsrael Hayom" nəşri yazırdı: "Azərbaycan İsrail şirkətlərindən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparır. Bu sövdələşmələr silah alqı-satqısına qarşı ermənilərin təzyiqlərinə baxmayaraq, Bakı ilə münasibətlərin İsrail rəsmiləri üçün əhəmiyyətinin sübutu olacaq”,- nəşr vurğulamışdı.  

 Münaqişə bitməyib ki...?

 

Eyni zamanda rəsmi Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi bitib, belə bir problem yoxdur, belə bir ərazi də yoxdur. Azərbaycan tərəfi Ermənistanı sülh sazişi imzalamağa çağırır və Qarabağı unutmağa dəvət edir. Əks təqdirdə, bunun fəsadlarının ağır olacağını da dilə gətirməkdən çəkinmir.
 Buna baxmayaraq, Ermənistanın  baş naziri Nikol  Paşinyan seçkilərdən sonra postuna əyləşən kimi iddialı və həyasız açıqlamaları ilə dünyanı təəccübdə qoydu. O, Ermənistan Müdafiə Nazirliyində keçirdiyi görüş zamanı bildirib ki, Qarabağ münaqişəsi mövcuddur və bu barədə bütün beynəlxalq ictimaiyyət danışır. “ATƏT-in Minsk Qrupu həmsdərlərinin 13 aprel bəyanatı var. Orada açıq şəkildə münaqişənin davam etdiyi, onun təcili həll edilməsinin lazım gəldiyi bəyan edilib. Üstəlik, həmin bəyanatda münaqişənin hansı şəkildə və formatda həlli yolları və detalları göstərilib. Bu o deməkdir ki, beynəlxalq aləm də təsdiq edir ki, Qqarabağ münaqişəsi həll olunmayıb. Bizim faktiki mövqeyimiz də həmin beyənəlxalq aləmin mövqeyi ilə eynidir”.
Paşinyan sərhədd məsələsinə də toxunub. O deyib ki, Azərbaycanla sərhədlərin demarkasiya və delmitasiyası hazırkı şəraitdə mümkün deyil. O, bunu belə əsaslandırıb ki, Azərbaycan Ordusu faktiki mövqeyində dayandıqca, problemi həll etmək mümkün olmayacaq. “Təəssüf ki, sülh təkcə bizdən asılı deyil. Hesab edirəm ki, bizimlə yanaşı, beynəlxalq ictimaiyyət də lazımi təzyiqləri göstərərsə, regional təhlükəsizliyi təhdid edən ölkəni konstruktiv mövqeyə gətirə bilərik”.
Baş nazirin belə təxribatçı açıqlamasından sonra münasibətlərin daha gərgin müstəviyə keçəcəyi şübhə doğurmurdu.

 

Şuşa ətrafına ağır texnikalar?

 

 

Hərbi ekspert Ədalət Verdiyevin mediaya açıqlaması bir daha erməni məkrini ortaya qoydu. O, ermənilərin Şuşa ətrafına - Xocalı rayonunun Daşkənd kəndinə tank, top və 100-ə yaxın ağır texnika toplaması barədə paylaşdığı informasiya hər kəsin diqqətini çəkdi: “Təqdim edilən fotolar yenidir, dünən çəkilib. Məlum olduğu kimi, peyk görüntüləri ayda bir dəfə və ya iki aydan bir yenilənir. Ancaq sözügedən fotolar oktyabr ayı üçün olan vəziyyəti əks etdirən şəkillərdir”.
Onun sözlərinə görə, texnikaların Şuşa ətrafında cəmləşdirilmə səbəbinin 3 mümkün versiyası mümkündür:
“Birincisi, bu texnikalar ermənilərin qanunsuz şəkildə yerləşdiyi mövqelərdən çıxarılıb həmin əraziyə cəmləşdirilə bilər. İkincisi, Azərbaycanın ciddi təzyiqlərindən sonra qanunsuz erməni hərbi birləşmələrinin və texnikalarının ümumiyyətlə Qarabağdan çıxarılma prosesi başlaya bilər. Çünki bir müddət öncə rus sülhməramlılarının qanunsuz erməni postlarını dağıtdığı və partlatdığı ilə bağlı məlumatlar yayılmışdı.
Üçüncüsü isə odur ki, separatçılar öz əməllərindən əl çəkməyərək qanunsuz şəkildə olduqları mövqedə qalmağa davam edirlər. Azərbaycan dövləti isə məlum fotolarla bölgədəki bütün hərəkətləri izlədiyini və hər şeydən xəbərdar olduğunu göstərir”.


 Bu yerdə alman səyyahı Alferd Kertenin ermənilər  haqqında dediyi bir fikir yadıma düşdü:”Türklərlə iş görəndə sözlə danışmaq kifayətdir, müqavilə bağlamağa da ehtiyac yoxdur… Əgər yunanla iş görmək istəyirsinizsə, mütləq müqavilə bağlayın, erməni ilə belə bir fikriniz olarsa, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, sadəcə şərə rast gələcəksiniz. Erməni ilə rastlaşmaq təhlükəlidir, onu yuxuda görmək də xeyir gətirmir…”
200 ildir ermənilərlə qonşuyuq yox. iç-içə yaşayırıq. Zatən Azərbaycan höküməti də, Azərbaycan Ordusu da, Azərbaycan xalqı da  erməniləri almanlardan da digər millətlərdəndə yaxşı tanıyır. Ona görə də atalarımız dediyi kimi itlə dostluq et, çomağı yerə qoyma”.

Atalar nə deyiib, düz deyib.
 Əntiqə Rəşid 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04
2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK