adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
29 Noyabr 2021 17:04
268
MƏMLƏKƏT
A- A+

Bakıda saxta spirtli içkilərin satıldığı müəssisə aşkarlanıb

Bakıda qanunsuz fəaliyyət göstərən, spirtli içkilərin topdan və pərakəndə satışı müəssisəsi aşkar olunub

Bu barədə Adalet.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentlik əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küç., ev 34, m.54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib.

Yoxlama zamanı mağazada satışı həyata keçirilən saxta spirtli içkilər müəyyən olunub. Aşkar olunmuş fakta bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 70 ədəd 0,7 litrlik, 84 ədəd 0,5 litrlik və 73 ədəd 1 litrlik “Organic Line” adlı saxta spirtli içki məhsulları götürülərək saxlanca verilib.

Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam edir.