adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Aprel 2015 13:20
50517
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da osan. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlia eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınnan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.


                                                                    ***

Müsviq Əmirov: "Gözlədiyin avtobus hələ də gəlmirsə,demək yalnış dayanacaqda dayanmısan...)”.


                                                                    ***

Leyla Mehman Xanlar: "Mədə beyindən ağıllıdır,çünki mədə lazım bilmədiyini geriyə qaytara bilir..Beyin isə hər zibili qəbul edir)))).”


                                                                    ***

Anar Tağıyev: "İş otağımıza bir milçək girib. Özünü elə aparır, elə bil biz bunun otağına girmişik”.


                                                                    ***

Gülşən Tanrıdaş: "Başqalarına ünvanladığın əskikliklərdə öz payın da varkən söylədiklərin riyakarlığının və mənəvi əxlaqsızlığının boyutuna biçilər və qarşı tərəfdən ziyadə özünün çirkinliyini önə çəkmiş olarsan.Çamurun üstündəykən sus, bağırma ki,kirlərinin parlaqlığı səsini basdırmış olmasın...”.


                                                                     ***

Mehriban Zeynalova: "Sözünüz olanda göz gözə danışın... Bu problemlərin daha tez həllinə gətirir, sizin daxili aqresiyanızı yox edər. Niyə dalca danışırsız hələ də baş açmıram))) adamın gözünə baxıb sadəcə sözünüzü deyin.. Vəssalam...
Sakitcə həyatınızı davam edin”.


                                                                     ***

Təranə Məhərrəmova : "Almaniyada qaldığım oteldə çoxlu qocalar var. Əsasən də ingilislər, almanlar və italyanlardır. Elə hey gülümsəyirlər. Üzlərinin təbəssümü rifahlarından danışır. Onlara baxıb özümüzün istirahət nə demək olduğunu bilməyən qocalarımızı düshunurem”.


                                                                     ***

Tünzalə Rafiqqızı: "Gecikmiş ədalət ən böyük ədalətsizlikdir!”.


                                                                     ***

Elçin Rüstəmli: "Strateji Düşüncə Mərkəzində vakansiya yaranıb. Pənah Hüseyn deputat olmağa gedir, kim istəyir gəlib onun yerinə düşünsün. Üzvlük ücrətsizdir”.


                                                                      ***

Aynur Quliyeva: "Ağıllı insan heç kim ilə yarışmaz..Bu səbəbdən rəqibi olmaz..”.


                                                                       ***

Zara Xanım Zərgərli: "İndiki uşaqlara deyəndə ki, kitab oxu adama düşmən kimi baxırlar. Ay bala oxuyun da oxumağın nəyi pisdi ki, ən yaxşı halda status zad yazmağa mövzunuz olacaq”.


Sübhan Mahmudlu