adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: AY MƏNİ OVUDAN ADAM...

FAİQ QİSMƏTOĞLU
40680 | 2019-06-07 12:30

...Dünya belə gəlib, belə də gedəcək!.. Gün çıxıb, göy üzünün ortasında dayanıb vəaxırda da batıb. Göy guruldayıb, şimşək çaxıb, yağış yağıb və gün də bu yağışıqurudub. Dünyanın bizim istəyimizdən asılı olmayaraq, öz yaranışı, öz mizan-tərəzisi,öz sevgisi var. Dünya biz insanları ağuşuna alır, ana kimi layla çalır və günlərinbir günündə də Allahın dərgahına qovuşdurur...

... Əslindəelə insan dünyaya gələndə göz yaşıyla gəlir. Və bunun özü o deməkdir ki, hər şeyin əvvəli olduğu kimi,sonu da olacaq. Ancaq bu dünyada bir təsəlli də var: çünki insan var ki, uzunömür yaşayır və sonra da Allahın dərgahəna dönüş eləyir. Ömrü qırılan, hələağacdakı yarpaqları kimi pöhrələnməmiş cavanları, gəncləri itirəndə isə heç cürəbununla razılaşmaq olmur. İnsan özündən də çox, həyatından da çox övladını,balasını sevir...

... Və mənimtələbə dostum Adil Cəmilin hansı çətin yolla addımladığını biz daha yaxşıbilirik. Çünki o böyük insan, o böyük şair bugünkü zirvəyə, ucalığa heç kiminköməyi, heç kimin arxası, heç kimin söykəyi olmadan qalxa bilib. Hətta ouniversitetə qəbul olanda da bir gözü ağlayıb, bir gözü gülüb. Çünki onda daAdil çox çətin anlar, çox çətin günlər, aylar yaşayıb. Amma heç vaxt, heç zamanbu çətinliyini, bu sıxıntısını nə doğmalarına, nə də biz tələbə yoldaşlarınabildirməyib. Bildirsəydi heç Adil Cəmil olmazdı axı!

Adil həyatınhər üzünü görüb, hər dərdini, kədərini yaşayıb. Həyatın dərdini, kədərini və sərtüzünü görən bu böyük adam heç vaxt Allahından küsməyib. Deyib ki, bu çətinlikləribəxş eləməklə Yaradan məni sınağa çəkir.Ən çətin anında səbrini itirməyib və yenə Allaha sığınıb.

OğluOrxanın dünyasını dəyişdiyi gündə də Allah-Təala ona dərdlə yanaşı, bir böyük səbrdə verib. Biz Adili həmişə dərdin üstünə yeriyən bir bütöv şəxsiyyət kimitanımışıq. Və Orxanı itirəndə də hətta onun ağır günlərində də Adilin çöhrəsindəkivə gözlərindəki həyat eşqi sönməyib. Birdaha mən bu cizgiləri Orxanın yas mərasimində Adilin çöhrəsində gördüm. Bundanböyük dərd ola bilməz. Amma Adilin o dərddən də böyük qəlbində, həyatında olanhəyat eşqidir. Heç bir dərd, heç bir kədər, heç bir ələm onu öz ağuşuna çəkibapara bilməyib və indi də apara bilmir.

Adil Cəmilmənim üçün çox doğma, çox əziz, çox da səmimi bir insan olub. Özünün ən ağırgünündə mənim dərdimə, ağrıma, acıma söykək verib. Hətta oğlumu İranaaparmamışdan öncə təsəlli verərək dedi ki, sən İrana get, uşağa çarə tapılacaq.O, mənə təsəlli verəndən bir neçə gündən sonra Orxanı Türkiyəyə apardı. Orda daqaraciyərinin dəyişdirilməsi ilə bağlı çox əziyyətlər çəkdi. Bir gün onatelefon açdım. Dedi başım Orxana bərk qarışıqdı. Amma mən dincəlmirdim, tez-tezona zəng vururdum. Bir gün də zəng vuranda telefonunu yeznəsi qaldırdı. Dediki, Adil əmi möhkəm yorulub yatıb. Soruşdu kimsən? Dedim ki, Adilə deyərsən ki,Faiq zəng eləmişdi. Sonra Adil axşam mənə zəng vurdu və dedi ki, narahat olma,donor tapmışıq, 3-4 gündən sonra əməliyyat olacaq.


Mənoğlumu İrana apardım. Ordan da yenə yeznəsiylə əlaqə yaratdım. Dedilər əməliyyatolunub, hər şey yaxşıdı. Bir müddət keçəndən sonra öyrəndim ki, artıq AdilTürkiyədən qayıdıb. Nəşriyyatın 1-ci mərtəbəsində görüşdük. Sifətindənyorğunluq tökülürdü. 3 ay idi ki, Türkiyədə olmazın əzab-əziyyətini yaşamışdı.Ancaq bunların heç birini heç kəsə demir və heç kimə də bildirmirdi.

Tez-tezgörüşürdük və həmişə də öz dərdi yaddan çıxar, oğlum Emili soruşurdu. Mən dədeyirdim yaxşıdı. Bəs Orxan necədi? Orxan da pis deyil. Həkimlər deyir ki,aprel, may ayında yaz fəsli olduğu üçün bir az hər şey çətin keçir. Dərmanlarıda gərək vaxtında atsın.

Mən çoxdərdli adam görmüşəm. Və həmin dərdli adamlar elə öz dərdinin içindəitib-batıb. Amma Adilin böyüklüyü odur ki, o boyda dərdin içində mənim oğlumlamaraqlanırdı. Axı atalar yaxşı deyib: "Dərdli dərdlinin dərdini anlar”. Adil həmişəbelə olub. Özündən çox özgələrini, daha doğrusu, doğmalarının, əzizlərinin dərdiyləoynayıb. Çalışıb ki, onların dərdini hansı bir hərəkətiyləsə yüngülləşdirsin vəhəmişə də buna nail olub. Yadıma Adilinbu qeyri-adi hərəkətləri düşəndə böyük Ramiz Rövşənin aşağıdakımisralarını xatırlayıram:

Görən sənikim ovudur

Ay məniovudan adam?

Özgə dərdigörən kimi

Dərdiniunudan adam.

Görənindi Orxansız keçən günlərdə Adili kim ovudur? Adili ovudanlar minlərlə onunoxucusu, minlərlə onun dostu, minlərlə onu təmiz qəlbinə və ürəyinə görə sevənlərdi.O insanlar ki, Adilin dərdini öz dərdi bilirlər... O insanlar ki, Adilin ağırgünündə hamı onun başına yığışdı... O insanlar ki, Orxanın yas məclisində iynəatsan adam əlindən tərpənmək olmurdı... O insanlar ki, ürəyini çıxarıb Adiləvermək istəyirdilər. Və Adil də bunların hamısını çox gözəl görür və bilir.

Adiliçox insanlar sevirlər. Onun saya-hesaba gəlməyən dostları var. Və o dostlaronun dərdinin altına çiyin veriblər. Və o dostlar Adil Cəmilin ən ağır günündəonu tək qoymayıblar və "qorxma” deyiblər.

... Oböyük insan, o böyük ürək sahibi oğlu üçün aman Allah, nə eləmədi?! Həttadeyirdi ki, Orxanın əməliyyat zamanı palatada yatmadım, yanında qaldım. Bir dəgördüm ki, onda qanaxma olub. Tez həkimləri çağırdım, dedilər nə yaxşı burdaolmusan. Yoxsa hər şey məhv olardı.

Adilinelə bir ürəyi var ki, o ürəyə bəlkə dədünya sığar. O ürəkdə bir damla da olsun kin, küdurət ola bilməz. Adil KəlbəcərdənBakıya hansı ürəklə gəlibsə, hansı duruluqla addım atıbsa, o elə o duruluqda, otəmizlikdə də qalıb. Çünki Adilin nəsli, kökü və keçmişi halallıq üstündəyoğrulub.

HüseynArifin gözünün ağı-qarası bir oğlu avtomobil qəzasında dünyasını dəyişəndəböyük BəxtiyarVahabzadə bir şeir yazmışdı. Həmin şeirin bir misrası yadımdaqalıb: "Mən sənə təsəlli verirəm, oğul vermirəm...”. Bizim hamımız bu gün Adilətəsilli veririk və əlimizdən bundan artıq bir şey gəlmir. Və biz onu da eləyəbilirik ki, bu ağır gündə Adili tək qoymayaq, onun yanında olaq.

Adil Cəmil,sən ata kimi Orxan üçün nə lazımdır onu elədin. Dünyanın bu başından o başınagetdin. Bir ətək pul xərclədin, "uf” da demədin. Halal xoşu olsun! Amma hər şeyAllahdan asılıdır və heç kəs ölmür. Sadəcə olaraq, dünyasını dəyişənlər müvəqqətidünyadan əbədi dünyaya üz tuturlar. Orxan da Allahın dərgahındadır. Və Allahındərgahında olan adamlar bizdən yüz dəfə, min dəfə Yaradana daha yaxın, dahadoğmadır.

Allah sənibu çətin məqamda, bu çətin anda tək və tənha qoymaz. Sənə dünya boyda bir səbrdə verər. Axı sən heç kimə bənzəməyən, heç kimə oxşamayan böyük Adil Cəmilsən!Axı sən Ramiz Rövşənin diliylə demiş olsaq, "özgə dərdi görən kimi dərdiniunudan adamsan”. Dərdini unudan adamı isə Allah hamıdan çox istəyir. Və səni dəAllah bizim hamımızdan çox sevir!..

TƏQVİM / ARXİV