SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: ON BEŞ DƏQİQƏ...

  39800   |  
Şriftin ölçüsü  

... Dünyada hər cür adam var: eləsi var yeyib-içəndi, kefi ala buluddan nəm çəkir, eləsi də var ömrü boyu nə araq içir, nə də siqaret çəkir. Daha doğrusu, bu adamlar yeyib-içməklə yanaşı, həyat tərzinə də fikir verir; yağlı yemir, duzlu yemir, qızarmlş yeməklərə yaxın durmur, mürəbbəyə, şirniyyata, şokolada meyl eləmir. Yəni hərənin öz dünyası var və hərə də öz dünyasının rəngində özünü daha rahat, daha sakit və daha xoşbəxt hiss eləyir.

Heç kimi yıxıb yerə zorla boğazına araq tökmürlər... heç kimi məcbur eləmirlər ki, səhərin gözü açılanda ayağa qalxıb xaşla araq içsin... keç kimə güc göstərmirlər ki, sən mütləq xəngəl yeməlisən, tut arağı içməlisən...

... Bir gün üç-dörd dost möhkəm yeyib-içirmiş. Elə onların günü-güzəranı yeyib içməklə keçirmiş. Səhər-səhər xaşla araq vururmuşlar, günorta kababla çaxır içirmişlər, axşamlar da şampanla nəyisə qatıb içirmişlər. Bir sözlə, elə bir günləri olmazmış ki, yeyib-içmək süfrəsi arxasında əyləşib kef eləməsinlər. Bir dəfə yeyib içəndə eşidirlər ki, qonşularında yaşayan, canını qorumayan, necə gəldi yeyib-içən bir adam rəhmətə gedib. Dostlar bərk dilxor olurlar. Deyirlər ki, sən öl, biz də lap ağ eləmişik, gündə üç dəfə araq içirik. Görünür, elə bizim ömrümüzə də bir şey qalmayıb. Yeyib-içmək on beş dəqiqə davam eləyir. Elə bu vaxt eşidirlər ki, qonşuluqda başqa bir adam da – pəhriz saxlayan, araq içməyən, hər şeyə vasvasılıqla yanaşan, ildə bir dəfə müayinədən keçən və sanatoriyada dincələn dünyasını dəyişib. Bir də diqqətlə qonşu tərəfə baxırlar, bir qədər susurlar. Deyirlər ki, bu rəhmətlik yeyib-içən deyildi, bəs o niyə öldü? Əlində badə tutan dostlardan biri dillənir:

- Heç kəs Allahın işinə qarışa bilməz. Gördünüz, yeyib-içən adamla yeyib-içməyənin rəhmətə getməsi arasında 15 dəqiqə fərq var. Bu 15 dəqiqəyə görə, heç vaxt yeyib içməyi atan deyilik.

Əlində badəni tutan digər dost deyir:

- Əşi, yeyib-içməyinizdə olun! Bir ürək həkimi var, o gün yanına getmişdim. Məni müayinə elədi, dedi ki, az iç! Soruşdum ki, həkim, sən özün heç yeyib-içən deyilsən, amma ürəyindən əməliyyat olunmusan. Mən yetmişi haqlamışam hələ indi mənə deyirsən ki, az içim. Məni öldürsələr də bu arağı atan deyiləm. 15 dəqiqə artıq yaşamaq mənə lazım deyil. Yeyib-içmişəm, indən sonra da yeyib-içəcəm!..

Dostlar "bəsdi” deyincə araqdan vurub soyuq qarpızdan yeyirlər və deyirlər ki, cənnət də bu dünyadadı, cəhənnəm də, harda qırılar, qırılar...

Seyran Səxavətin gözəl bir sözü var: "Biz özümüzü o qədər çox qoruyuruq ki, Allahın yadından çıxırıq. Yəni Allah bizi qorumur, özümüz-özümüzü qoruyuruq”. Allah insanı qoruyandan sonra istəyir yeyib-içən olsun, istəyir pəhriz saxlayan. Ona heç vaxt xətər toxunmaz. Amma elə məqamlar var ki, bizim kənddəki Sərxoş kimi üç-dörd litr araq içəndən sonra heç onda Allah da adama kömək eləyə bilmir. Allah digər canlılardan fərqli olaraq insanlara ağıl verib. Və bu ağıl da hər bir insanda var. Ağlı başdan çıxaran həm də araqdı. Elə ki, arağı içirsən, səddi aşırsan, bax onda bu araq səni götürüb aparır hoppalara. Ürəyi möhkəm olanlar tab gətirir, ürəyi zəif olanlar isə elə arağın içində itib batırlar.

Türkiyədə bir məşhur professor mənə dedi ki, şərab içirsən, yoxsa içmirsən? Axı sənin ürəyində stend var. Mən də dedim ki, ömrü boyu nə "vodka” içmişəm, nə çaxır içmişəm, nə də siqaret çəkmişəm. Professor sifətini turşudub "çox pis” – dedi. Hər şeyin öz yeri var. Hətta açıq ürək əməliyyatı aparılmış insanlar belə ayda 200-300 qram şərab içə bilər. Çünki bu şərabı içəndə ürək damarları açılır, qan ürəyə və beyinə rahat axır. Ancaq gərək hər şeyi normaya uyğun eləyəsən. Bakıdan bir xəstəm var idi, əməliyyatdan iki il sonra İstanbula yanıma gəldi. Mən ona demişəm ki, hər dəfə 100 qramdan artıq şərab, araq içmə. O isə yeyib-içəndə yarım litr araq içirmiş, hələ üstəlik də gündə iki qutu siqaret çəkirmiş. Təzədən stend qoyub yola saldım. Dedim ki, heç vaxt bizim dediklərimizi pozma, pəhrizinə və yeməyinə fikir ver. Üçüncü dəfə də belə olsa, şəkərin də var, səni heç dünyanın ən məşhur kardio-cərrahı da xilas eləyə bilməyəcək.

... Nə gözəl fikir! Amma bu məsləhətləri biz çox vaxt qulaqardına vurur, bəsdi deyincə yeyib-içirik. Türk həkimlərinin təbirincə desək, heç bir yemək insan üçün ziyanlı deyil. Amma hər şey normaya uyğun olanda yeyib-içdiyin də canına yatır. Böyük Nizami çox gözəl deyib:

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da...

Deməli, hər bir artıq şey: artıq yemək, artıq içmək, hətta bulaq suyu olsa belə, insan üçün bir dərdə çevrilir. Bu dərdi yaşamamaq üçün biz həddindən çox yeyib-içməkdən, eyş-işrətdən uzaq olmalıyıq...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK