SON DƏQİQƏ:

PANTOMİMO - Şahnaz ŞAHİN yazır

  65913   |  
Şriftin ölçüsü  

Esse.

İnsan, yeganə varlıqdır ki,ölümü dərk edir. Qalan bütün başqa canlılar sadəcə mövcud olduğu anla məhdudlaşır. Yaxşıdırmı,pisdirmi,bilmirəm,amma belədir ..Uca Yaradan bu şah əsəirnə bir çox ali keyfiyyətlərlə yanaşı düşünmək,dərk etmək,qərar vermək kimi xüsusiyyətlər də bəxş etmişdir. Amma insan yalnız "O”nun istədiyi qədər dərk edə bilər,bu da yenə Allahın yaratdığını sevməyinin nəticəsidir ki,onu bacarmadığı yükün altına verib incitməz..Bu hiss müxtəlif və rəngarəngdir ,həm də fərdidir. Ta molekulun,atomun,nüvənin kəşfindən tutmuş,qeyri səlis məntiqin məntiqi dərkinə qədər..! Adi özünü müdafiə məqsədli yalandan başlamış,kimisə şərləyə biləcək doğruya qədər ! Bu yerdə düşünmək olar ki,insan düşüncəsi,onun fantaziları sərbəst və hüdudsuzdur...

....Deyirəm, keşkə insan heç böyüməsəydi..Ədaları da,istəkləri də " bir ufacık çocuk kalbinə " sığsaydı...Dünya onların sevgisiylə,süslənər,gözəlləşərdi..Müharibələr,fəlakətlər,dağıntılar,sunamilər baş verməzdi...insan caniyə,cinayətkara çevrilməzdi..Dünya tam bir hüzur içində yaşar,bəxtiyar olar,elə insan özü də bədbəxtliklərə düçür olmazdı..Yadıma fizikanın "Maddə kütləsinin itməməsi qanunu "düşür..Bəli,sevgi qurar,nifrət uçurar !...

Çox saylı istək və arzularına sahib çıxdığım,uşaq ərköyünlüyünə səbir verdiyim uşaq,bəlkə də artıq yeniyetmə,bu dəfə iradıma sözlə deyil, bədən dili-"pantomimo "ilə cavab verir..Bu dəfə üst-üstə qalaqlanmış səbir tikələrimin bərabərlik mərkəzi qaçır deyəsən və dağılıb evnən bir olur! Özüm də istəmədən səsimin tonu qalxır,o da amiranə deyilən sözlərin təsiri altında əzilir,etdiyinə anındaca peşmanlayır və uzaqlaşır..Hələ ki,mən "qalib”əm,amma...

Yolüstə olduğumdan az çəkir danlaq,töhmət dərsimiz..,çıxıb gedirəm..Ayrıldığımız heç bir saat olmamış əvvəlcə mesajı,ardından isə zəngi gəlir :Darıxıram...Gəlmirsən..? Unudub olanları,səhvini də anlayıb,indi bir növ barışıq addımı atır,könlümü alır mənim..Elə mən də unutmuşam və peşimanam...İndi gəlin onun yerində bir böyük fərz edək və ..necə olacaqdı sizcə,odamı aradan az keçmiş səhvini anlayacaq,unudacaq və barışıq addımı atacaqdı sizə qarşı !? Mən inanmıram...!

Elə üşüdür ki,dost baxışları,

Başımı götürüb yada gedirəm.

Təpəmin üstündən tüstüsü qalxır.

Canımda yüz cürə qada gedirəm...

Hər gələn bir alov yaxdı bağrıma,

Çıxdı bu sevdalar,çıxdı axrıma...

Sən də bir tərəfdən məni danlama,

Olsun bu sonuncu xatam..,

Gedirəm..!

...Həyat mürəkkəbdir,biz isə onu bir az daha mürəkkəbləşdirib özümüz üçün əsil cəngəllik yaradırıq ! Bir-birinin eynisi olan iki insan tapmaq müşkül məsələdir. Yaşadığımız sürəcə çox müxtəlif insanlarla qarşılaşır,görüşür,həmsöhbət oluruq. İstər-istəməz həyatımıza girən insanlar da olur,ictimai ehtiyac və təlabatlar özü də münasibətlərə təsirsiz ötüşmür. Bəzən sözün tutmayan,baxış bucaqlarımız toqquşmayan insanlarla əlaqəni birtərəfli də olsa kəsməyə məcbur oluruq. Amma bunu bütün cəmiyyətə tətbiq etmək mümkün deyil ax..! Başqa bir çıxış yolu da var deyəsən..: Xoşagəlməz rəftar və münasibətlər müqabilində həmin şəxsləri ta peşiman olana qədər cəzalandırmaq...,lap Əli Kərim sayağı..:

...Sən,mənim qədrimi biləsən deyə,

Bu cavan yaşımda ölümmü indi..?

Amma bu,o zaman müsbət nəticə göstərər ki,sən özün bu tədbirə cəmi bircə dəfə əl atmış olasan və qarşılayan tərəfin də içində intiqam almaq,əvəz çıxmaq kimi neqativ fikirlər oyanmaya..!! Bu üsulu da "yeddi bir yana yad " olan adamlara tətbiq etmək yaramaz,sənə qəlbən yaxın,sevgisi qürurundan çox uca olan,kin-kidurətsiz ürəklər verər qarşılığını ..Eynən mənin aslanım kimi !!..

Hər işdə səbirli,təmkinli olmağı tövsiyyə edən müqəddəs kitabımız da şeytanı sükutla,nadanı etinasızlıqla cəzalandırmağı məsləhət bilir..

Gəlin şeytana uyub nadan qalmayaq...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK