SON DƏQİQƏ:

Aqil ABBAS: DAĞIDILMIŞ EVLƏRİMİZİN TƏMƏLİNİ SEVİNC GÖZ YAŞLARIYLA QOYACAĞIQ

  155303   |  
Şriftin ölçüsü  

(Azad Rəhimova açıq məktub)

 

II Dünya Müharibəsi zamanı SSRİ-nin Avropa hissəsində demək olar ki,  bütün şəhərlər, kəndlər – Minsk, Kiyev, Donbass bizim işğal altında olan torpaqlardakı şəhər və kəndlərimiz kimi darmadağın olmuşdu. SSRİ-nin  Avropa hissəsi xarabazara  çevrilmişdi, bizim işğal altındakı torpaqlarımız kimi.  Amma müharibədən  çıxmış, qəpiyə güllə atan Sovet  hökuməti çox qısa bir zamanda bütün şəhər və kəndlərini bərpa edə bildi. İndi Kiyev dünyanın ən gözəl şəhərlərindən biridi, Minsk də, Donbass da, Odessa da və sair və ilaxır.

İndi Ermənistan da  bizim şəhər və kəndlərimizi şumlayıb. Özü də faşistlərdən betər şumlayıb. Təbii ki, bu bizi ağrıdır. Amma əsas torpaqlarımızın azad olunmasıdı, qalanı türklər demiş, təfərrüatdır.

Yəqin ki, Cocuq Mərcanlını 4-5 ayın içində bərpa edib, güllü-çiçəkliyə çevirən Dövlət dağıdılmış şəhər və kəndlərimizin yenidən bərpası üçün  çoxdan plan tutub. Özü də yüz ölçüb, bir biçilən  plan.

Bir misal  çəkim. Keçən il Memarlıq və İnşaat  Universitetində bir tədbirdə iştirak edirdim.  Gülçöhrə xanımın  rəhbərlik etdiyi universitetin  müəllim və tələbələri Fəqan Əliyevin  prezidenti  olduğu «Günəş» Assosiasiyası ilə hazırladıqları Ağdam şəhərinin bərpa-layihəsi ilə tanış olduq. Çox böyük əmək sərf etmişdilər. Layihədə həm Ağdamın qədim bina və abidələrinin əvvəlki şəklinə salınması, həm də yeni ictimai  və yaşayış binaların tikilməsi öz əksini  tapmışdı.

Yəqin ki,dövlət tərəfindən  digər  şəhər və kəndlərimizin  bərpa-layihəsi də hazırlanıb. Əslində mən başqa bir  məsələyə görə belə giriş verdim. Əvvəla, şəhər və kəndlərimiz azad olunub, minalardan təmizləndikdən sonra yəqin ki, icazə veriləcək ki, hər kəs öz kənd-kəsəyinə gedə bilsin. İnsanların əksəriyyəti  gedib öz həyətlərində çadır qurub yaşayacaq və dağıdılmış ocaqlarını özləri tikəcəklər. Daş tapan daşla, daş tapmayan da lap çiy kərpiclə  yuvasını quracaq.

Bundan başqa, Ağdamda iki daş karxanası vardı, böyüyü də Şahbulaq.  Bütün Qarabağ həmin Şahbulağın daşıyla tikilmişdi. Hər dəfə yolum Şahbulağa düşəndə heyrətlənirdim ki, burdan hər gün nə qədər daş daşınır, amma dağ yerindədi. Elə bil Xəzər dənizindən dolçayla su götürmüsən. Və onu da deyim ki, Şahbulaq daşı Bakı karxanalarındakı daşdan həm möhkəmliyinə, həm də çəkisinin  ağırlığına  görə fərqlənirdi. Ona görə də Bakı şəhərində tikilən çoxmərtəbəli binaların birinci, ikinci  mərtəbəsi Şahbulaq  daşı ilə tikilirdi. Və indi Şahbulaq yerində durur, Qarabağı  yenidən tikmək üçün on dəfələrlə  artıq daş ehtiyatı var.

İndi gələk əsas mətləbə. Baykal Amur Magistralı   tikiləndə mən jurnalist kimi bir ay həmin bölgədə ezamiyyətdə olmuşam, televiziya və qəzetlər üçün materiallar  hazırlamışam. Demək olar ki, BAM-ın tikintisində çalışanların  doxsan faizi gənclərdən ibarət idi və onlar SSRİ-nin bütün bölgələrini  təmsil edirdilər, özü də  könüllü  şəkildə. Sonra elə onların əksəriyyəti evlənib özlərinin tikdikləri şəhər və qəsəbələrdə qalıb yaşadılar. Ust-Kut və Urkan şəhərlərini də əsasən  Azərbaycandan  gedən  gənclər tikib. Özü də  biləsiniz ki, həmin bölgə bataqlıqlar idi. Baykal Amur Magistralının uzunluğu 3145 km. idi. Gənclər tikdi həmin magistralı.

Vaxtilə SSRİ-də tələbə-inşaat  dəstələri vardı. Deməli, tələbələr kursu bitirəndə ölkənin  müxtəlif  şəhərlərindəki  tikintilərə könüllü  olaraq  gedirdilər və maaş da alırdılar. Həmin maaşla tələbə növbəti bir ili dolana  bilirdi. Onu da qeyd edim ki, tələbə- inşaat dəstələrinin özülünü SSRİ-də ilk dəfə Azərbaycan Komsomol Komitəsi qoymuşdu və bundan  sonra bu ənənə bütün SSRİ-də yayılmışdı. Bu ideyanı ilk dəfə ortaya  atan həmin dövrdə Azərbaycan Komsomol Komitəsində şöbə müdiri işləyən və daha sonra tələbə-inşaat dəstələrinin komandiri olan mənim doğma əmim oğlu Nadir Abbasov idi, ruhu şad olsun. Azərbaycanın tələbə-inşaatçıları həm ölkəmizdə tikinti-quruculuq işləri  ilə məşğul olurdu, həm də  SSRİ-də müxtəlif  bölgələrdə fəaliyyət  göstərirdi.

İndi Azərbaycan Gənclər Təşkilatı da bu layihənin  üzərində işləyib (yəqin ki, həmin keçmiş layihə  arxivlərdə durur, ondan  istifadə etmək olar) tələbə-inşaat dəstələri  yarada bilər. Və həmin gənclər Qarabağı yenidən  tikmək üçün necə ki döyüşə sevinə-sevinə getdikləri kimi, deyib-gülə, çal-çağırla, böyük sevinclə Qarabağa yollanacaqlar. Özü də   qızlı-oğlanlı. Heç maaş da istəməyəcəklər. Nə qədər həkimə, müəllimə, mühəndisə, memara ehtiyac olacaq. Böyük bir  tikinti  cəbhəsi  açılacaq və ölkədə işsizlik  sıfır həddinə düşəcək.

Gənclərimiz hərb meydanlarında göstərdikləri şücaəti indi də tikinti meydanlarında göstərəcəklər.

Azərbaycan Gənclər və İdman Nazirliyi və bu təşkilatın rəhbəri hörmətli Azad Rəhimov  indidən bu məsələ ətrafında ciddi düşünməli və bu layihələri  ortaya qoymalıdır.

Dəfələrlə demişəm və yenə deyirəm, dağılmış evlərimiz və yurdlarımızı daha gözəl və daha yaraşıqlı tikəcəyik. Bilirsiniz niyə? Çünki onun qumuna, sementinə, əhənginə həm də sevinc göz yaşlarımızı qoyacağıq.

Qoy Allah döyüş meydanındakı gənclərimizi qorusun və sabah Qarabağı yenidən tikəcək gənclərimizi də qanadlarının  altına  alsın.

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK