adalet.az header logo
  • Bakı 18°C
07 Aprel 2021 15:01
31273
GÜNDƏM
A- A+

ƏHMƏD QƏŞƏMOĞLU, BƏS QIŞDA NƏĞAYRAJIYIX?! 

Dostumuz, sosioloq Əhməd Qəşəmoğlu toyla bağlı yenə bir təklif irəli sürüb. Deyir, toyları  açıq havada keçirək. Yəni əvvəlki toylar getsin arxivə. Artıq bir nömrəli qaçqınlıq statusunu itirmiş Həsənqulu da bizə telefon  açıb deyir ki, Əhməd müəllimdən soruşun görün, bəs qışda nəğayrajıyıx?! Biz də həmin sualı Əhməd müəllimə ünvanladıq.

Sözgəlişi. Vaqif Cəbrayılzadə ilə Əhməd Qəşəmoğlunun Naxçıvanın Vayxır kəndindəki toyuna getmişdik.  Çox qeyri-adi bir toy idi. Heç vaxt yadımdan çıxmır. Bir dəfə bu toy barədə yazmışdım. Əhməd müəllim qonaqlıq versə, təbii ki, açıq havada,  həmin toy haqqında daha geniş bir yazı yazaram. Camaat da bilər ki, milli toy necə olur.