SON DƏQİQƏ:

Niyə belə olmalıdır axı?... - Əzizə İsmayılova yazır

  194772   |  
Şriftin ölçüsü  

Anlayıram e, bir şeyi çox yazanda şiti-şoru çıxır amma bunu da deməsəm olmaz.

Deməli, dünən BNA boyda qurumun hüquq şöbəsinin rəhbəri TV-yə çıxır və heç bir məntiqə sığmayan fikirləri ilə aləmi vurur bir-birinə.

Bu gün əvvəlcə məlum olur ki, BNA rəhbəri korona tutub, sonra məlum olur ki, okkazıma, o boyda hüquq şöbəsinin rəhbəri qurumun mövqeyini əks etdirməyən şəxsi mülahizəsini yürüdübmüş yarım saatlıq efirdə... Yəni, təsəvvürünüzdə canlandıra bilirsiniz ki, Azərbaycanda hər hansı bir qurumun rəsmi nümayəndəsi efirə gedir və qurumun mövqeyini sərgiləməyən fikirlər səsləndirir? Qadam, biz burda yaşamırıq?

Təəssürat belədir ki, daxili iclaslarda eynən bu fikirlər daha üst adamlar tərəfindən səslənib və Hikmət bəy də hesab edib ki, ən doğru ifadə tərzi elə belədir.

İkinci bir tərəfdən öz mövqeyi ya qurumun mövqeyi, day olan olub da. Olmazdı ki, çıxıb deyəydiniz ki, "ay hörmətsiz vətəndaşlar, sizin haqlı qəzəbinizi anlayışla qarşılayır və əməkdaşımızın fikirlərini doğru ifadə etmədiyi üçün üzülürük?

Üzr istəmək, onu cəzalandırmaq, işdən çıxartmaq filan lazım deyil e, səhvsiz qul olmaz. Amma səhvi etiraf etməkdənsə, çıxıb "fikirləri şəxsi mövqeyini əks etdirir" demək nəyi xeyrinizə dəyişdi?

Kim göstərir sizə belə dalana dirənən çıxış yolunu? Siz bu xalqın kütlənin dilindən heçmi anlamırsınız?

Niyə belə olmalıdır axı?...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK