SON DƏQİQƏ:

Yanmış körpülərə bir vaxtlarkı sağlam körpü gözü ilə baxın - Eminquey yazır

  96486   |  
Şriftin ölçüsü  

Allahla bağlı inancım nə Qurana, nə peyğəmbərə, nə də başqa-başqa filosofların düşüncələrinə dayanır. Mən Allahı özüm axtarıram, özüm tapıram. Gündəlik həyatımda, keçmişimdə. Hadisələrin üstündən keçirəm, sonra analiz edirəm. Bütün bunlar niyə baş verdi? Bunun onunla nə əlaqəsi var? 

Körpüləri O yaradır. İnsandan insana. Bir gün mənim yadıma salır ki, mesaj qutumu açım. Oradakı mesajların axırına kimi gedib çıxım. Orada bir yazışmaya diqqətim kəsilsin, tanımayım və o yazışmadakı adama çox yox, bircə söz yazım - "Salam".

Səhərsi o insan mənə yazsın və məlum olsun ki, bir neçə il öncə münasibətim olan biridir. Beləcə qırılmış əlaqə bərpa olunsun. Sonra ortaya bir problem çıxsın. Bir insanın köməyə ehtiyacı olsun. Ki, kimə deyibsə, yaxın durmayıb. Sonra heç kimin etmədiyini edib əl-ələ verib o insanın könlünü az da olsa şad edək.

Sonra?

Sonrası yoxdur...

Ona görə yoxdur ki, Allah belə istədi. O istədi ki, biz sırf o insan üçün bir-birimizi tapaq.

Artıq insanlarla əlaqələrə bu cür yanaşıram. Əgər dostluğumda o gözəl adamlar olmasaydı, mən də üzüqara qalacaqdım.

Demək ki lazım imiş, tanımalıyammış. Allah rastıma çıxarıb ki, ona kömək olum, ya o mənə kömək olsun, ya da onun vasitəsilə kimsə, fərqi yoxdur, maddi ya mənəvi.

Demək ki o dostların da xeyir iş görməyini, savab qazanmağını Allah istədi.

Aradakı zəncir qırılsa da, körpü yansa da eybi yoxdur. Demək ki belə lazım imiş. Sən o insanın ömründən beş-on günlük keçib getməliymişsən.

sənin etdiyinə dəyər verir və yaxud da vermir, fərqi yoxdur. Sən bir başqasına görə onun ömrünə beş-on günlük kadr olmalıymışsan.

Və mütləq etdiklərinin əvəzini alacaqsan. Mən etdiklərimin əvəzini artıqlamasıyla aldım və ona görə də bu yazını yazdım.

Yanmış körpülərə bir vaxtlarkı sağlam körpü gözü ilə baxın.

Bizi birləşdirən də, ayıran da Odur...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK