SON DƏQİQƏ:

Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub

  32595   |  
Şriftin ölçüsü  

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub.

Aİİ-dən Adalet.az-a bildirilib ki, gələcəkdə dərslik kimi nəşr olunması nəzərdə tutulan kitab İlahiyyat fakültəsinin “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə təhsil alan I-II kurs tələbələri üçün tərtib olunub.

Kitabda qarşıya qoyulan başlıca məqsəd ərəb dili üzrə oxu, yazı və tərcümə bacarıqlarını formalaşdırmaq, tələbələrdə müasir ərəb dilinin lazımi səviyyədə mənimsənilməsini təmin edəcək məlumat bazası yaratmaqdır.

Kitab 20 dərsdən, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qısa lüğətdən ibarətdir. Mövzular sadədən-mürəkkəbə, asandan-çətinə doğru bölüşdürülmüşdür. Belə ki, leksik-qrammatik mövzuları ilk semestr üçün çox asan, ikinci semestr üçün orta-çətin, üçüncü və dördüncü semestrlər üçün nisbətən çətin olaraq səciyyələndirmək mümkündür. İyirmi dərsdən ibarət olan kitabda ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir.

Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK