adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Mart 2021 23:10
24601
İDMAN
A- A+

“Mançester Yunayted”in hücumçusu sıradan çıxdı

“Mançester Yunayted”in hücumçusu Markus Reşford sıradan çıxıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngilis futbolçu Premyer Liqanın 27-ci turunun “Mançester Siti” ilə səfər matçında zədələnib. Reşford bu gün tibbi müayinədən keçəcək və onun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşəcək.

Qeyd edək ki, “Mançester Yunayted” səfərdə “Mançester Siti”yə 2:0 hesabıyla qalib gəlib.